27.06.2017

AMEA-nın vitse-prezidenti: Mənzil davası edənlərin hamısı ağıllı deyil ki!

“Biz ədalətli bölgü istəyiriik. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Evimizi verin biz də Azərbaycanlıyıq”

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup işisi tərəfindən səsləndilirib.

14 iyunda AMEA-nın “Aspirantlar” yataqxanasında yaşayan 54 üzvünə ev verilməsi digər ailələrin narazlığına səbəb olub. Narazı ailələrin sayı isə 50-dir.

Sözügedən yataqxanda 118 ailə yaşayır. Onlar 5 il bundan öncə prezidentə müraciət edərək, yataqxanadakı acınacaqlı vəziyyət barədə məlumat veriblər. Həmin müraciətdən sonra “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb.

Bakı şəhər İcra Hakimiyyətinin 2012-ci ilin dekabrın 19-dakı 564 saylı sərəncamı ilə, yataqxannın həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə ayrılb. Buna səbəb yataqxanada yaşayan hər bir ailə üçün  65 kvadratmetrdən az olmayaraq mənzilllərin tikintisidir. İH-nin qərarı ilə həmin ərazidə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.

Layihə üzrə nəzərdə tutulan 4 ədəd 16 mərtəbəli binanın yerində 5 ədəd bina tikilib təhvil verilsə də 118-ailədən yalnız 54 ailə yeni mənzillərlə təmin edilib. Digər qailələrin aqibəti hələ də sual altındadır.

Digər diqqət çəkən məqam odur ki, evlə təmin olunduqları bildirilən 54 ailənin siyahısı gizli saxlanır. AMEA-nın mətbuat xidməti isə mediaya mənzil alan alimlərin siyahısının açıqlanmasının qeyri-mümkün olduğunu bildirib.

Bu səbəbdən dəalimlərə tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi arasında gərginlik davam edir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli modern.az saytına deyib ki, narazılıqların əsası yoxdur: 

 “AMEA mənzil bölgüsü zamanı ilk növbədə ciddi ehtiyacı olan elmlər doktoru və elmlər namizədlərinə üstünlük verib. Bu da sənədlərdə öz təsdiqini tapıb. Qaldı ki, mənzil məsələsində narazılığa, bunu araşdırmaq lazımdır. Çünki mənzil davası edənlərin hamısı ağıllı deyil ki! AMEA-da ümumi prinsiplər əsas götürülür. Real stajı, ehtiyacı olan, yataqxanada yaşayan elmlər doktoru və elmlər namizədinin hamısı ev alıb.  Konkret bir-iki adamın narazılığı barədə dəqiq məlumat bilmirəm. Hesab edirəm ki, AMEA-nın prinsipləri doğrudur”.

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev yaranmış mənzil problemi ilə əlaqədar qafqazinfo.az saytına açıqlama verib.

Onun sözlərinə görə, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var:

«Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir... 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib. Yeni yaradılmış komissiya iyunun 13-də püşkatma yolu ilə 54 mənzilin bölgüsünü aparıb və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb».

Açıqlama ilə razılaşmayan sakinlər AMEA-nın qarşısında aksiya da keçiriblər.